"Rəsmi Bakı yeni silahların alınmasıyla bağlı Moskvayla danışıqlar aparır." "Rəsmi Bakı yeni silahların alınmasıyla bağlı Moskvayla danışıqlar aparır."

"Biz ən müasir müdafiə silahlarıyla maraqlanırıq"- Prezident İlham Əliyev

"Rəsmi Bakı yeni silahların alınmasıyla bağlı Moskvayla danışıqlar aparır."

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Davosda keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində "RİA Novosti"yə veridiyi müsahibəsində bildirib.

“Biz yeni satınalmalarla bağlı danışıqlar aparırıq. Rusiya hərbi sənayesinin nə qədər inkişaf etdiyi sizə daha çox məlumdur. Biz ,əsasən, ən müasir müdafiə silahlarıyla maraqlanırıq. Bura həm helikopterlər, həm mühafizə sistemləri — bütün kompleks daxildir. Bu daimi prosesdir”, -deyə prezident İlham Əliyev qeyd edib.

Dövlət başçısının sözlərinə görə, silahlanma sahəsində Azərbaycan və Rusiya arasında yeni müqavilələr bağlamaq perspektivləri “yaxşıdır”: “Siz tarixi bilirsiniz. Rəqəmlər səsləndirilib, 5 milyard dollarlıq müqavilələr imzalanıb. Onların əksəriyyəti artıq reallaşıb.”

Aydan AXUNDOVA