Türkiyənin Azərbaycandakı səfirliyi 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı bəyanat yayıb. Türkiyənin Azərbaycandakı səfirliyi 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı bəyanat yayıb.

Azərbaycanlı qardaşlarımızın tanklara qarşı bədənini sipər edərək mübarizəsi əsla unudulmayacaq! - Türkiyə səfirliyi

Türkiyənin Azərbaycandakı səfirliyi 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı bəyanat yayıb.

Səfirlikdən AzNews.az-a verilən məlumata görə, bəyanatda deyilir:

“Azərbaycanın müstəqilliyi və istiqlalı yolunda verilən mübarizənin əhəmiyyətli dönüş nöqtələrindən biri olan 20 Yanvar qırğını və azərbaycanlı qardaşlarımızın tanklara qarşı bədənini sipər edərək inanc dolu bir ruhla verdiyi mübarizə əsla unudulmayacaq.

Bu gün bölgəmizdəki sabitlik və rifahın əhəmiyyətli bir qalası halına gələn Can Azərbaycanın istiqlalı uğrunda, bundan 27 il əvvəl bu gün həyatlarını qurban verən şəhidlərimizi rəhmətlə anır, bu vəsiləylə, hər zaman olduğu kimi Azərbaycanla tam həmrəylik hissiyatımızı vurğulamaq istəyirik.”