Kəmalə Bənənyarlıya qarşı zorakılığın arxasında nazirin mühafizəçisi dayanır? Kəmalə Bənənyarlıya qarşı zorakılığın arxasında nazirin mühafizəçisi dayanır?

Cəbhəçi xanım Ramil Usubovun mühafizəçisini ittiham etdi

Kəmalə Bənənyarlıya qarşı zorakılığın arxasında nazirin mühafizəçisi dayanır?




Yanvarın 26-da Bakının mərkəzində İsmayıllıda baş verən hadisələrdə İsmayıllı əhalisinə dəstək aksiyasında polis zorakılığı ilə üzləşənlər arasında AXCP fəalı Kəmalə Bənənyarlı da var. O, polislərin ona qarşı etdiyi zorakılıq barədə Facebook səhifəsində də bölüşüb və ona qarşı qəddarlıq edən polislərin adını da çəkib.

Polislərin onun saçını yolduğunu deyən cəbhəçi xanım qolunun ciddi zədələndiyini və aldığı zərbələrin şiddətindən polis bölməsində huşunu itirdiyini yazır: "Hər iki tərəfdən sifətimdə yaralar var, alnımda maşına mindirilərkən edilən vəhşiliyin izləri var".

K.Bənənyarlı zorakılıq edən polislərdən birinin adını da qeyd edir: "Daxili işlər naziri Ramil Usubovun səxsi mühafizəçisi Əlövsət Fərzəliyevin adını çəkmişəm. Bu adam aksiyalarda amansızlığı ilə tanınır. Dəfələrlə onun tərəfindən təhdid olunmuşam. Sabah başıma bir iş gəlsə, buna görə Ramil Usubov cavabdehdir. Əmin oldum ki, Hacı Məmmədovun dəstəsinin bir hissəsi bayırdadı və Ramil Usubova xidmət edir. O adam bölməyə gəlib bölmənin rəisi Kamal Vəlişova məni tapşırmışdı deyə, mənə qarşı haqsızlıq olunurdu".