Prezident İlham Əliyev qəbul keçirib. Prezident İlham Əliyev qəbul keçirib.

İlham Əliyev Qarabağini qəbul etdi

Prezident İlham Əliyev qəbul keçirib.

AzNews.az xəbər verir ki, Prezident İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabağinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

***

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin bütün sahələrdə çox yaxşı inkişaf etdiyini vurğulayan dövlət başçısı bu əlaqələrin ölkələrimiz, xalqlarımız və eləcə də bölgə üçün böyük önəm daşıdığını bildirib və son illər ərzində ikitərəfli əməkdaşlığımızın inkişafının məmnunluq doğurduğunu deyib. Qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabağın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına səfərinin və keçirəcəyi görüşlərin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyini əminliklə qeyd edib.

Ölkələrimiz arasında ikitərəfli əlaqələrin əsasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabağ ölkəsində Ulu Öndərin böyük ehtiramla xatırlandığını dedi. İqtisadiyyat və Kənd təsərrüfatı nazirliklərinin dəvəti ilə ölkəmizə səfər etdiklərini deyən Qurbanəli Səadət Qarabağ İran İslam Respublikasının Qərbi Azərbaycan vilayəti ilə Azərbaycan Respublikası arasında kənd təsərrüfatı, ticarət, turizm və digər sahələrdə əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu dedi və bu məqsədlə ölkəmizin müvafiq qurumları ilə görüşlər keçirəcəyini vurğulayıb.