ABŞ prezidenti Donald Trampın adminstrasiyası antirusiya sanksiyalarını ləğv etmək üçün lazımi sənədləri hazırlayıb. ABŞ prezidenti Donald Trampın adminstrasiyası antirusiya sanksiyalarını ləğv etmək üçün lazımi sənədləri hazırlayıb.

Tramp antirusiya sanksiyalarını ləğv edir?

ABŞ prezidenti Donald Trampın adminstrasiyası antirusiya sanksiyalarını ləğv etmək üçün lazımi sənədləri hazırlayıb.

AzNews.az xəbər verir ki, bu barədə “Atlantic Council” analitik mərkəzinin elmi işçisi Fabris Potye “Twitter” səhifəsində məlumat verib.

“Mənbələr xəbər verirlər ki, Tramp adminstrasiyasında Rusiyaya qarşı sanksiyaları ləğv etmək barədə sərəncam hazırlanıb”, -deyə Potye qeyd edib. O, şənbə günü rəsmi Vaşinqtonun Berlin və Moskva ilə görüşlərinin planlaşdırıldığını da xatırladıb.

Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin aradan qaldırılmasını ABŞ-ın “Politico” nəşrinin əməkdaşı Syuzan Qlasser də təsdiqləyib: “Bir neçə mənbə xəbər verir ki, sərəncama əsasən, sanksiyalar birtərəfli qaydada ləğv olunacaq”.

Rusiya və Qərb arasında münasibətlər 2014-cü ildə Ukraynadakı vəziyyətlə bağlı pisləşib. İlk olaraq Avropa İttifaqı, ABŞ və Kanada fiziki şəxslər barədə fərdi sanksiyalar tətbiq edib. Daha sonra bütün iqtisadi sahələrə dair sektor məhdudiyyətləri qəbul olunub. Rusiya ona qarşı sanksiya tətbiq edən ölkələrdən gələn idxalı məhdudlaşdırıb.

Aydan AXUNDOVA