Arif Hacılı: “Lənkərana yenidən səfər edə bilərik” Arif Hacılı: “Lənkərana yenidən səfər edə bilərik”

İsa Qəmbər inadından əl çəkmir - DİRƏNİŞ

Arif Hacılı: “Lənkərana yenidən səfər edə bilərik”




"Regionlara səfərlərimiz davam edəcək. Bu prosesi davam etdirəcəyik". Bu sözləri AzNews.az-a açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. A.Hacılı Azərbaycan hakimiyyətinin vətəndaşların ölkə ərazisində sərbəst hərəkətinə maneçilik törətməsindən danışmaq niyyətində olmadığını deyib:

"Deyə bilərəm ki, regionlara səfərlərimiz müzakirə edilir. Konkret olaraq hər hansı qərar qəbul olunmayıb. Amma yaxın zamanlarda regionlara səfərlərimiz başlayacaq".

Partiya funksioneri "Müsavat Partiyasının Lənkərana yenidən səfəri nəzərdə tutulurmu" sualına belə cavab verib:

"Səfər edəcəyimiz bölgə Lənkəran da ola bilər. Bu məsələrlə bağlı yaxın zamanlarda qərar veriləcək".


Qeyd edək ki, Müsavat Partiyasının başqanı İsa Qəmbər yanvarın 13-də və 26-da Lənkəran şəhərinə səfərinin qarşısı alınıb. Sonuncu səfər hüquq mühafizə orqanları tərəfindən əngəllənib.

İlkin
AzNews.az