Bu gün Türkiyədə konstitusiyaya düzəlişlərlə bağlı referendum səsverməsinə başlanılıb. Bu gün Türkiyədə konstitusiyaya düzəlişlərlə bağlı referendum səsverməsinə başlanılıb.

Türkiyə üçün mühüm gün - Foto

Bu gün Türkiyədə konstitusiyaya düzəlişlərlə bağlı referendum səsverməsinə başlanılıb.

AzNews.az Anadolu agentliyinə istinadən xəbər verir ki, ölkə daxilində 55 milyon 319 min 222 seçici 167 min 140 seçki məntəqəsində səs verir. Xalq səsverməsi üçün həbsxanalarda da 461 seçki qutusu hazırlanıb.

Vətəndaş ‘evet’ və ya ‘hayır’ yazılan seçki kağızının üzərini işarələyərək səs verəcək.

Artıq ölkənin şərq əyalətlərində seçki məntəqələri Bakı vaxtı ilə 08:00-da açılıb. Türkiyənin digər regionlarında seçki məntəqələri bir saat gec, Bakı vaxtı ilə 09:00-da açılıb və 18:00-a qədər işləyəcək.

Ölkə tarixində sayca yeddinci olan bu referendum konstitusiyanın 18 maddəsinə düzəliş edilməsini nəzərdə tutur. Dəyişiklik baş verərsə Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması digər maddələr dəyişdiriləcək.