Gürcüstan prezidenti Giorgi Marqvelaşvili və baş naziri Giorgi Kvirikaşvili İlham Əliyevə təbrik məktubu yollayıb. Gürcüstan prezidenti Giorgi Marqvelaşvili və baş naziri Giorgi Kvirikaşvili İlham Əliyevə təbrik məktubu yollayıb.

Gürcüstan prezidenti və baş naziri İlham Əliyevə məktub yolladı

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili və baş naziri Giorgi Kvirikaşvili İlham Əliyevə təbrik məktubu yollayıb.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Giorgi Marqvelaşvili təbrikində deyilir:

Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.

Məmnuniyyətlə qeyd etmək istərdim ki, müxtəlif çətinliklərə baxmayaraq, Azərbaycan xalqı uğurlu, müstəqil və inkişaf edən, beynəlxalq arenada layiqli yerini tutan dövlət yaratmağı bacarmışdır. Gürcüstan Azərbaycan Respublikası ilə dost əlaqələrinə böyük əhəmiyyət verir və inanıram ki, birgə səylərimiz nəticəsində strateji tərəfdaşlığımız və xalqlarımız arasındakı çoxəsrlik dostluq münasibətləri gələcəkdə daha da dərinləşəcəkdir.

Gürcüstanın suverenliyini və müstəqilliyini dəstəklədiyiniz üçün Sizə minnətdarlığımı ifadə edirəm.

Zati-aliləri, fürsətdən istifadə edərək bir daha Sizə öz dərin ehtiramımı ifadə edir və dost Azərbaycan xalqına sülh, əmin-amanlıq və rifah diləyirəm.

Giorgi Kvirikaşvilinin təbrikində deyilir:

Zati-aliləri.

İcazə verin, Sizi Gürcüstan Hökuməti və xalqı adından salamlayım və Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edim.

Böyük məmnuniyyətlə qeyd etmək istərdim ki, bu il Gürcüstan və Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin yaranmasının 25 illiyi tamam olacaqdır. Bu illər ərzində ölkələrimiz nəinki regional, bütövlükdə qlobal qarşılıqlı maraqlara əsaslanan mehriban qonşuluq münasibətləri və möhkəm dostluq əlaqələri qura bilmişdir.

Gələcəkdə tərəfdaşlığımızın daha da güclənməsini, müxtəlif sahələrdə əməkdaşlığımızın genişlənməsini arzu edirəm.

Zati-aliləri, Sizi bu əlamətdar bayram münasibətilə bir daha təbrik edir, Sizə və qardaş Azərbaycan xalqına davamlı sülh, əmin-amanlıq, uğurlar və rifah diləyirəm.