Ermənistan silahlı qüvvələri tərəfindən iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndi əhalisinin və mülki obyektlərinin atəşə tutması nəticəsində Sahibə Allahverdiyeva və nəvəsi 2 yaşlı Zəhranın həlak olması ilə bağlı məlumat və fotolar ölkəmizin İrandakı səfirliyinin “Twitter” səhifəsində paylaşılıb və “Telegram” kanalında yayılıb. Ermənistan silahlı qüvvələri tərəfindən iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndi əhalisinin və mülki obyektlərinin atəşə tutması nəticəsində Sahibə Allahverdiyeva və nəvəsi 2 yaşlı Zəhranın həlak olması ilə bağlı məlumat və fotolar ölkəmizin İrandakı səfirliyinin “Twitter” səhifəsində paylaşılıb və “Telegram” kanalında yayılıb.

İranda Zəhra üçün imzatoplama kampaniyasına başlanıldı - “Zəhra üçün dua et”

Ermənistan silahlı qüvvələri tərəfindən iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndi əhalisinin və mülki obyektlərinin atəşə tutması nəticəsində Sahibə Allahverdiyeva və nəvəsi 2 yaşlı Zəhranın həlak olması ilə bağlı məlumat və fotolar ölkəmizin İrandakı səfirliyinin “Twitter” səhifəsində paylaşılıb və “Telegram” kanalında yayılıb.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, həmçinin www.yolpress.ir saytının dəstəyi ilə İranda ən çox istifadə olunan “Telegram” platformasında “Zəhra üçün dua et” (@PrayForZahra) imzatoplama kampaniyasına başlanılıb. Yetmiş iki saat davam edən kampaniyaya 20 min 161 nəfər qoşulub. (Kampaniya ilə bağlı geniş məlumatı aşağıdakı linkdən oxumaq olar: http://yolpress.ir/?p=42024). “Telegram” istifadəçiləri səsvermə kampaniyasına qoşularaq, erməni silahlı qüvvələrinin Azərbaycanın Dağlıq-Qarabağ regionu və digər işğal olunmuş ərazilərində törətdikləri cinayətləri, mülki əhalinin, o cümlədən uşaqların öldürülməsini pisləyiblər

Qeyd edək ki, kampaniyada hər nömrə bir dəfə səs vermək hüququna malik idi. Kampaniyada İslam Şurası Məclisinin (parlamentin) üzvləri, tanınmış ictimai xadimlər, ziyalılar iştirak ediblər. Sözügedən hadisə nüfuzlu ruhanilər tərəfindən pislənilib.

Növbəti mərhələdə səsvermə kampaniyasının nəticəsinin PDF formatında İranın siyasi rəhbərliyinə və ictimaiyyətə təqdim olunacağı nəzərdə tutulur.