Kreml iyulun 4-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində biri iki yaşlı körpə olmaqla iki nəfərin ölümü, bir nəfərin isə yaralanması ilə nəticələnən təxribata münasibət bildirib. Kreml iyulun 4-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində biri iki yaşlı körpə olmaqla iki nəfərin ölümü, bir nəfərin isə yaralanması ilə nəticələnən təxribata münasibət bildirib.

“Biz tərəfləri təmkinli olmağa və razılaşmalara riayət etməyə çağırırıq” - Dmitri Peskov

Kreml iyulun 4-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində biri iki yaşlı körpə olmaqla iki nəfərin ölümü, bir nəfərin isə yaralanması ilə nəticələnən təxribata münasibət bildirib.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribatı belə şərh edib: "Biz bütün tərəfləri təmkinli olmağa və mövcud razılıqlara riayət etməyə çağırırıq",-deyə Rusiya prezidentinin mətbuat katibi bildirib.

Qeyd edək ki, bir neçə gün bundan qabaq Rusiya XİN sözçüsü Mariya Zaxarova da oxşar bəyanatla çıxış etmişdi. O,münaqişə tərəflərini vəziyyəti stabilləşdirmək üçün bütün lazımi tədbirləri görməyə çağırdıqlarını bildirmişdi.