Bakıda gələn həftə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin - Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Mixeil Canelidzenin üçtərəfli görüşü keçiriləcək. Bakıda gələn həftə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin - Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Mixeil Canelidzenin üçtərəfli görüşü keçiriləcək.

Xarici İşlər Nazirləri gələn həftə Bakıda görüşəcək

Bakıda gələn həftə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin - Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Mixeil Canelidzenin üçtərəfli görüşü keçiriləcək.

AzNews.az “Report”a istinadən xəbər verir ki, görüş iyulun 18-19-na planlaşdırılır.

“Hələlik nazirlərin görüşünün proqramı hazırlanır. Müəyyən dəyişikliklər də mümkündür”, - diplomatik mənbə bildirib.

Üç ölkənin XİN başçısı Bakıda regional və üçtərəfli əməkdaşlıq məsələlərini, eləcə də üç ölkə tərəfindən həyata keçirilən layihələri müzakirə etmək niyyətindədir.

AzNews.az