Ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan rəhbərliyinə gəlişinin 48 ili tamam olur. Ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan rəhbərliyinə gəlişinin 48 ili tamam olur.

14 iyul 1969-cu il – Milli tariximizin unudulmaz günü

Ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan rəhbərliyinə gəlişinin 48 ili tamam olur.

AzNews.az xəbər verir ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik etmişdir.[16] Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə (1969-1982) idarəçiliyin möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması nəticəsində iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə edildi. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub.

1969-cu il iyul ayının 14-də Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildiyi vaxt respublikamız iqtisadi durğunluq, siyasi və mənəvi tənəzzül vəziyətində idi. Əvvəlki illərdə öz nefti ilə SSRİ iqtisadiyyatında liderliyə malik olmuş Azərbaycan bu mövqeyini itirdikdən sonra SSRİ hökumətinin diqqətindən kənarda qalmışdı. İqtisadiyyatın digər sahələrinin (qeyri-neft sektorunun) inkişafına keçid lazımi səviyyədə və sürətlə təmin edilmədiyindən onun bütün sahələrində inkişaf kəskin surətdə aşağı düşmüşdü. Sənayenin strukturunda enerji, fond və xammal tutumlu sahələr üstünlük təşkil etdiyindən və texniki bazası köhnə olduğundan səmərəliliyi aşağı idi.

Yaranmış sosial-iqtisadi durum Heydər Əliyevin təşəbbüsü ilə və rəhbərliyi altında qısa müddətdə dərindən, hərtərəfli təhlil olundu. Respublikanın imkanlarını və mənafeyini nəzərə almaqla geriliyin səbəbləri aşkara çıxarıldı. Onların aradan qaldırılması, iqtisadiyyatın hərtərəfli inkişafı və əhalinin həyat səviyyəsinin yüksəlməsi üçün əvvəlki dövrlərdə olduğundan tamamilə fərqlənən, prinsip etibarilə yeni inkişaf strategiyası və müvafiq proqramlar işlənib hazırlandı və mərhələ-mərhələ yerinə yetirilməsi yolları müəyyənləşdirildi.

Heydər Əliyevin məqsədyönlü fəaliyyəti, həyata keçirdiyi tədbirlər, onun təşəbbüsü və təkidi ilə mərkəzi hökumət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1970-1985-ci illər cəmiyyət həyatının bütün sahələrində (iqtisadi, mədəni, sosial, siyasi) yüksəliş və tərəqqi illəri oldu. Azərbaycan iqtisadiyyatı bütün öz varlığı tarixində ən yüksək inkişaf səviyyəsinə çatdı. Başlıcası isə Azərbaycan ittifaq əmək bölgüsündə öz layiqli yerini tutdu. Elektrik enerjisi, neft-mədən avadanlıqları, kimya sənayesinin bir çox məhsulları, üzüm şərabı, meyvə-tərəvəz konservi, pambıq mahlıcı, ipək sap, yaşıl çay, xalça və xalça məmulatları, mineral sular, fermentləşmiş tütün və i.a. istehsalına görə keçmiş ittifaq əmək bölgüsündə mühüm yer tuturdu. Respublikada iqtisadiyyatın bütün sahələri sürətlə inkişaf etdirildi, artım sürətinə görə o, SSRİ respublikaları arasında qabaqcıl mövqeyə çıxdı.

Bu kənd təsərrüfatı məhsulları istehsalı sahəsində Azərbaycan müttəfiq respublikalar arasında qabaqcıl mövqeyə malik oldu, o cümlədən üzüm və müxtəlif növ şərab istehsalına görə müttəfiq respublikalar arasında birinci yeri tuturdu.

Bütün bunlar inkişafın ümumiləşdirilmiş göstəricisi olan milli gəlirin sürətlə artmasına səbəb oldu.