“İrandan Azərbaycana həmişə təhlükə gözlənilir” - Deputat



"İranın Azərbaycana qarşı atdığı addımları iftira böhtan kimi qiymətləndirirəm. İran, molla rejiminin Azərbaycana qarşı apardığı ideoloji mübarizənin tərkib hissəsidir".

Bunu AzNews.az-a açıqlamasında AVP sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib. Deputat Siyavuş Novruzovun İran haqqında səsləndirdiyi fikirlərlə razılaşdığını bildirib: "Buna həmkarım Siyavuş Novruzov sanballı, tutarlı cavab verib. Onun fikirləri tam şərikəm".

Millət vəkili qeyd edib ki, İran Azərbaycanda etnik münaqişəni qızışdırmağa çalışsa da, buna nail ola bilməyəcək:

"Çünki Azərbaycan dövlətinin kifayət qədər gücü var ki, bu cür təxribatların qarşısını alsın. Lakin molla rejimindən Azərbaycana hər zaman təhlükə gözlənilir".

İlkin
AzNews.az