Roland Kobia Ermənistan və Azərbaycana məsləhət verdi

“Dağlıq Qarabağ münaqişəsinin tərəfləri gərginliyin artmasına yönəlmiş addımlardan çəkinməlidir”



Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həllində bütün tərəfləri beynəlxalq hüquqa və prinsiplərə hörmət etməyə çağırır.

APA-nın xəbərinə görə, ermənilər tərəfindən Azərbaycanın işğal altındakı ərazisində yerləşən Xocalı aeroportunun açılması cəhdlərinə münasibət bildirən AB-nin Azərbaycandakı səfiri Roland Kobia jurnalistlərə açıqlamasında deyib ki, hər kəs gərginliyin artmasına yönəlmiş addımlardan çəkinməlidir: "Bütün tərəfləri beynəlxalq hüquqa və prinsiplərə hörmət etməyə çağırırıq. Təbii ki, Avropa Birliyi münaqişənin sülh yolu ilə həllində israrlıdır".

AzNews.az