Elmar Məmmədyarov Gürcüstana gedəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstana işgüzar səfər edəcək.

Bu barədə AzNews.az-a XİN-in Mətbuat xidmətindən məlumat verilib.

Səfərdə məqsəd oktyabrın 7-də Tiflis şəhərində keçiriləcək GUAM-ın təsis edilməsinin 20 illiyinə həsr olunan GUAM ölkələrinin Xarixi İşlər Nazirləri Şurasının iclasında iştirak etməkdir.

GUAM ölkələrinin Xarixi İşlər Nazirləri Şurasının iclasında Nazir Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.