Prezidentlərin üçtərəfli görüşü olacaq - Yenilənib

Rusiya, Azərbaycan və İran prezidentləri Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani arasında keçiriləcək üçtərəfli görüşün tarixi bəlli olub.

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məmmədrza Nəcəfi APA-ya bildirib ki, görüşün bu il noyabrın 1-də Tehranda keçirilməsi gözlənilir.

M. Nəcəfi bildirib ki, görüşdə ölkələr arasında regional əməkdaşlığa dair məsələlər müzakirə ediləcək.

Prezidentlərin ikitərəfli görüşləri də nəzərdə tutulur.

***

14:00

Rusiya prezidenti Vladimir Putinin İrana səfəri planlaşdırılır.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, səfərin məqsədi Tehranda keçiriləcək Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşündə iştirak etməkdir.

Y.Uşakov deyib ki, səfər ilin sonunadək baş tutacaq.

AzNews.az