“Cəbhədə gərginliyin daha da azaldılması ilə bağlı anlaşdıq” Sarqsyan

“Biz cəbhə xəttində ölüm hallarının olmaması, gərginliyin daha da azaldılması üçün tədbirlərin görülməsi ilə bağlı anlaşdıq. Azərbaycan prezidenti və mən bu məsələdə çox maraqlıyıq”.

AzNews.az istinadən xəbər verir ki, bunu Cenevrədə Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlardan sonra yerli erməni icması ilə görüşdə Ermənistan prezidenti Serj Sarqsyan deyib.

O bildirib ki, Azərbaycan prezidenti problemin mürəkkəbliyini çox yaxşı dərk edir.