İspaniya Kataloniyanın muxtariyyətini ləğv edir

İspaniya Nazirlər Şurası oktyabrın 21-də Kataloniyanın muxtariyyətini ləğv edən Konstitusiyanın 155-ci maddəsini işə salmaq üçün təcili iclas keçirəcək.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İspaniya hökumətinin yaydığı bəyanatda deyilir.

Rəsmi Madrid Kataloniyanın müstəqilliyindən imtina edilməsi ilə bağlı verdiyi möhlət bu gün başa çatıb.

Kataloniyanın lideri Karles Puçdemon da İspaniya hökuməti qarşısında şərt qoyaraq, regionun müstəqilliyi məsələsini parlamentdə səsverməyə çıxarmaqla hədələyib.