Vəkil Eldar Qədimi həbsdə olan sabiq deputat Gülər Əhmədova ilə görüşüb. Vəkil Eldar Qədimi həbsdə olan sabiq deputat Gülər Əhmədova ilə görüşüb.

“Gülər Əhmədovanın vəziyyəti yaxşı deyil“

Vəkil Eldar Qədimi həbsdə olan sabiq deputat Gülər Əhmədova ilə görüşüb.



Bu barədə APA-ya məlumat verən E. Qədimi G. Əhmədovanın səhhətinin yaxşı olmadığını deyib: "Gülər xanım təcridxananın sanitar tibb hissəsindədir. Vəziyyəti yaxşı deyil. Ürəyi, başı ağrıyır. Beynində problem var. Həkimlər deyirlər ki, dalağında da genişlənmə mövcuddur".

Qeyd edək ki, G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

AzNews.az