- Köhnə - Siyasət
- 28 Oktyabr 2017 13:45
- 7 226
Kataloniyanın yeni rəhbəri qadın olacaq - Foto
İspaniya hökuməti Kataloniya hökumətinin və parlamentinin buraxılmasından sonra bölgəyə yeni rəhbər təyin edib.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, İspaniya baş nazirinin müavini, xanım Sorayya Saens de Santamariya Anton Kataloniya muxtariyyətinin yeni rəhbəri olacaq.
Kataloniya polisinin rəisi Massos Jozep Luis Trapero da istefaya göndərilərək regionun hüquq-mühafizə orqanlarına rəhbərlik İspaniya Daxili İşlər Nazirliyinə həvalə edilib.