- Köhnə - Siyasət
- 13 Noyabr 2017 16:02
- 4 026
Ərdoğan Putinlə Qarabağı müzakirə edəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səfər öncəsi jurnalistlərə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi yollarını Rusiya prezidenti ilə müzakirə edəcək.
AzNews.az xəbər verir ki, bu gün Türkiyə prezidenti rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə Soçiyə işgüzar səfər edəcək.
Kremlin yaydığı məlumata görə, görüşdə həmçinin regional və beynəlxalq problemlərin, həmçinin terrorizmə qarşı mübarizə və Suriyadakı vəziyyətin müzakirəsi planlaşdırılır.