Putinlə Ərdoğan arasında görüş 4 saat davam edib

Soçidə Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş başa çatıb.

AzNews.az Tass-a istinadən xəbər verir ki, liderlər arasında danışıqlar 4 saat davam edib.

Geniş tərkibli danışıqlardan sonra tərəflər yenidən məhdud tərkibdə söhbətə qayıdıblar.

Danışıqların yekunlarını iki ölkə lideri mətbuata açıqlama ilə başa vurub.

Tərəflər iqtisadi, beynəlxalq münasibətlər, Atom Elektrik Stansiyasının tikintisi barədə məsələləri müzakirə ediblər.