- Köhnə - Siyasət
- 14 Noyabr 2017 11:10
- 3 562
Braziliyalı nazir Bakıya gələcək
Braziliyanın xarici əlaqələr naziri Aloysio Nunes Ferreira noyabrın 15-də Azərbaycana rəsmi səfərə gələcək.
Bu barədə AzNews.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində nazir Aloysio Nunes Ferreiranın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.
Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.