- Köhnə - Siyasət
- 15 Noyabr 2017 10:17
- 4 257
Sabah Milli Məclisdə daha bir qanun layihəsi müzakirə olunacaq
Sabah, noyabrın 16-da Azərbaycan Milli Məclisində “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsinin ictimai müzakirəsi təşkil olunacaq.
“Report”un xəbərinə görə, tədbir parlamentin İnsan hüquqları komitəsinin təşkilatçılığı ilə keçiriləcək.
Müzakirədə deputatlarla yanaşı, qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak edəcək.
AzNews.az