- Köhnə - Siyasət
- 16 Noyabr 2017 19:09
- 4 171
Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində təlimləri davam etdirir
Erməni silahlı bölmələrinin işğal altında olan Azərbaycan ərazilərində hərbi təlimləri davam edir.
AzNews.az Apa-ya istinadən xəbər verir ki, təlimlər zamanı artilleriya qurğularından və ağır döyüş texnikasından atışlar həyata keçirilib.
Separatçı rejimin "müdafiə naziri" Levon Mnatsakanyan təlimlərin gedişini izləyib.
Qeyd edək ki, işğalçı ölkənin ordusunun təlimləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada ATƏT-in Minsk qrupu həmsədrləri görüş keçirdiyi vaxta təsadüf edir.
Həmsədrlər noyabrın 15-də Ermənistan xarici işlər naziri Edvard Nalbandyan, noyabrın 16-da isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar aparıblar.