"Dağlıq Qarabağ ABŞ və Rusiya münasibətləri üçün bir nümunə olub" Metyu Brayza

"Dağlıq Qarabağ və terrorizmlə mübarizə ABŞ və Rusiya arasında əməkdaşlığa nümunədir".

AzNews.az RİA agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Avropa və Avrasiya üzrə dövlət katibinin keçmiş müavini Metyu Brayza danışıb.

“Bizim Gürcüstan (Abxaziya və Cənubi Osetiya) məsələsinə dair tamamilə fərqli baxışlarımız var və eyni zamanda Dağlıq Qarabağ və terrorçuluqla mübarizə məsələləri üzrə fəal əməkdaşlıq edirik”, - deyə Brayza qeyd edib.

Onun fikrincə, hazırda 8-9 il əvvəlki vəziyyətlə müqayisədə xeyli dəyişikliklər baş verib.

“ABŞ-da Trampın seçkiqabağı qərargahının Rusiya ilə hansısa əlaqələrinin olub-olmamasına dair təhqiqat aparılır. Və indi Moksva ilə əməkdaşlıqda müsbət anlar prinsip etibarilə məqsəd kimi qiymətləndirilmir. Lakin düşünürəm ki, bu keçəcək”, - deyə Brayza vurğulayıb.