NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək NATO təlimlərindəki "Atatürk və Ərdoğan düşmənçiliyi" qalmaqalına görə bir daha üzr istəyib. NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək NATO təlimlərindəki "Atatürk və Ərdoğan düşmənçiliyi" qalmaqalına görə bir daha üzr istəyib.

NATO-nun baş katibi Ərdoğana zəng etdi - Bir daha üzr istədi

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək NATO təlimlərindəki "Atatürk və Ərdoğan düşmənçiliyi" qalmaqalına görə bir daha üzr istəyib.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, telefon danışığı zamanı Yens Stoltenberq Ərdoğana həmin insidentlə bağlı lazımi araşdırmanın aparıldığını bildirib, bununla bağlı görülən tədbirlər haqqında məlumat verib. Bütün bunların Türkiyə-NATO münasibətlərinə xələl gətirməyəcəyinə ümidvar olduğu qeyd edib. NATO rəhbəri gələcəkdə bu kimi halların təkrarlanmayacağı üçün tədbirlərin görüləcəyinə dair Ərdoğanı əmin edib.

Norveçdə keçirilən təlim zamanı hədəf lövhəsi olaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotoları seçilib.