Azərbaycan və Ukrayna prezidentləri görüşəcək

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Pyotr Poroşenko Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının Brüsseldə keçiriləcək zirvə toplantısında görüşəcəklər.

AzNews.az-ın “İnterfaks Azərbaycan”a istinadən verdiyi xəbərə görə, prezidentlər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Azərbaycan prezidentinin Ukraynaya gözlənilən səfərinə hazırlıq da diqqət mərkəzində olacaq.

“Şərq tərəfdaşlığı” sammiti noyabrın 24-də keçiriləcək.