Bəyannamədə ölkələrin suverenliyi və ərazi bütövlüyünə dair öhdəliklər bir daha təsdiqlənib

"Biz BMT nizamnaməsi və orada əks olunan ölkələrin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq kimi prinsiplərə dair öhdəliyimizi bir daha təsdiq etdik".

AzNews.az xəbər verir ki, bu barədə "Asiyanın ürəyi-İstanbul prosesi"nin nazirlər toplantısının Bakı Bəyannaməsində bildirilir.

Toplantı iştirakçıları dövlətlərin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə qarşı güc tətbiq etməmək və güc tətbiq edərək hədələməmək öhdəliyini da bir daha qeyd ediblər.

Bəyannamədə terrorizmə, narkotik və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, qaçqınlar, beynəlxalq ictimaiyyətin Əfqanıstanda rolu, regional təşkilatlar, sülh və barışıq səyləri, regional əməkdaşlıq kimi məsələlər əksini tapıb.