Milli Məclisin iclası başladı - Yenilənib

Milli Məclisin növbəti plenar iclası artıq başlayıb.

AzNews.az xəbər verir ki, iclasa spiker Oqtay Əsədov sədrlik edir.

İclasın gündəliyinə 39 məsələ daxildir.

***

09:22

Bu gün Milli Məclisin növbəti plenar iclası olacaq.

AzNews.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında 39 məsələ müzakirə ediləcək. İlk öncə "2013-cü il 13 avqust tarixində imzalanan "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan-Rusiya dövlət sərhədindən "Samur" (Azərbaycan Respublikası) - "Yaraq-Qazmalar" (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi haqqında Saziş"də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında" Protokolun təsdiq edilməsi məsələsinə baxılacaq.

Daha sonra "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılacaq. İclasda həmçinin "Azərbaycan Respublikasının Hesablama Palatası haqqında" layihə, Seçki Məcəlləsinə, Mülki Məcəlləyə dəyişikliklər edilməsi, o cümlədən "Rəsmi statistika haqqında", "Həmkarlar ittifaqları haqqında" qanuna dəyişiklik edilməsi və digər məsələlər mazakirə ediləcək.