Bu ölkənin Prezident Administrasiyasının rəhbəri Bakıya gələcək

"İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi Bakıya gələcək".

AzNews.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Məmmədrza Nəcəfi APA-ya məlumat verib.

O bildirib ki, M. Vaezi dekabrın 21-də Bakıda keçiriləcək İslam Həmrəyliyi İlinin yekunlarına həsr olunan beynəlxalq konfransda iştirak edəcək.

Konfransda bu il ərzində görülmüş işlər müzakirə olunacaq.

Qeyd edək ki, 2017-ci il prezident İlham Əliyevin müvafiq qərarı ilə İslam Həmrəyliyi ili elan olunub.