Türkiyənin Azərbaycandakı səfirliyində gənc rəssam Alp Gürhan Yalçınerin sərgisi keçirilib. Türkiyənin Azərbaycandakı səfirliyində gənc rəssam Alp Gürhan Yalçınerin sərgisi keçirilib.

“Bir dəfə mənə dedilər ki, aşağı düşün” - Çavuşoğlu

Türkiyənin Azərbaycandakı səfirliyində gənc rəssam Alp Gürhan Yalçınerin sərgisi keçirilib.

Trend-in məlumatına görə, sərgidə nümayiş etdirilən rəsmlərdə Azərbaycan və türk dillərində bəzi sözlərin fərqli mənalar verməsi əks olunub.

Tədbirdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və bir sıra qonaqlar iştirak ediblər.

Sərgidə çıxış edən M.Çavuşoğlu bildirib ki, Azərbaycan və türk dillərində olan müəyyən fərqlilik əslində bizim zənginliyimizdir.

Nazir başına gələn maraqlı əhvalatlardan da danışıb:

"İlk dəfə Azərbaycana gələndə həqiqətən də Azərbaycan dilini başa düşməyə çox çətinlik çəkirdim. Bir dəfə hoteldə olarkən mənə zəng elədilər və dedilər ki, cənab nazir, zəhmət olmasa, aşağı düşün. Mən anlamadım, çaşıb qaldım. Çünki "düşmək" bizim dildə "yıxılmaq" deməkdir. Bir dəfə də valyuta dəyişərkən mənə dedilər ki, qol çək. Öz-özümə düşündüm ki, nəyin, kimin qolunu çəkim? Buna görə də ilk vaxtlar Azərbaycan dilində bəzi sözləri anlaya bilmirdim".

Qeyd edək ki, sərgi Beynəlxalq Türk Mədəniyyəti və İrsinin dəstəyi ilə təşkil edilib.

AzNews.az