- Köhnə - Siyasət
- 20 Dekabr 2017 19:21
- 3 459
Aİ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Avropa İttifaqı (Aİ) Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir və Azərbaycanı özünə vacib tərəfdaş hesab edir.
AzNews.az Apa-ya istinadən xəbər verir ki, bu barədə bu gün Avropa Xarici Əməliyyatlar Xidmətinin Avropa Komissiyası ilə birgə yaydığı Azərbaycana dair hesabatında deyilir.
Sənəddə bildirilir ki, Aİ 1994-cü ildə atəşkəs razılaşmasının imzalanmasından bu yana insan itkilərinin 2016-cı ildə ən yüksək həddə çatdığı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərini, habelə sülh, etimad və münaqişəsinin qarşısını almaq tədbirlərini dəstəkləyir.