Prezident üç nəfərə “Dostluq” ordeni verdi

Prezident İlham Əliyev D.K.Kıdırəlinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

AzNews.az xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan və Qazaxıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Darxan Kyandıkulı Kıdırəli “Dostluq” ordeni ilə təltif edilsin.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan və Yunanıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Marianna Vardinoyannis və Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Robert Viktoroviç İlatov “Dostluq” ordeni ilə təltif ediliblər.