- Köhnə - Siyasət
- 4 Yanvar 2018 12:50
- 4 154
“Ermənistanda yoxsulluq səviyyəsi çox yüksəkdir”
Ermənistanda işsizlik və miqrasiya üzrə Gürcüstan və Avrasiya İttifaqı ölkələri ilə müqayisədə ən xoşagəlməz göstəricilər mövcuddur.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu Ermənistan parlamentinin vitse-spikeri Mikael Melkumyan deyib.
M.Melkumyan qeyd edib ki, Ermənistanda yoxsulluq səviyyəsi çox yüksəkdir və 30 faiz həddindən aşağı düşmür: “İşsizlik səviyyəsi 20 faiz ətrafındadır. Ölkədən əmək miqrantlarının axını çox böyükdür”.
Vitse-spiker onu da vurğulayıb ki, bu məsələnin həll olunmasında problemlər mövcuddur və ölkədəki hazırkı sosial-iqtisadi vəziyyət Ermənistanda mənfi nəticələrə gətirib çıxara bilər.
AzNews.az