- Köhnə - Siyasət
- 6 Yanvar 2018 13:08
- 4 939
Qarabağda erməni əsgər ölüb
İşğal altında olan Qarabağda erməni hərbi qulluqçusu ölüb.
Ordu.az xəbər verir ki, bu gün saat 02:10 radələrində işğal altında olan Qarabağda qondarma qurumun hərbi birləşmələrindən birinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü Mher Vaniki Ziroyan ölüb.
İlkin məlumata görə, erməni əsgər dəm qazından zəhərlənmə nəticəsində ölüb.
Hadisə ilə əlaqədar araşdırma aparılır.