- Köhnə - Siyasət
- 9 Yanvar 2018 17:30
- 8 372
Prezident onlara “Şöhrət” ordeni verdi
Prezident İlham Əliyev A.M.Əzizovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
AzNews.az xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə Arif Möhübəli oğlu Əzizov “Şöhrət” ordeni ilə təltif edilsin.
Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafı və təbliğində xidmətlərinə görə Fərhad Ağa Səlim oğlu Babayevi də “Şöhrət” ordeni ilə təltif edib.