- Köhnə - Siyasət
- 15 Yanvar 2018 09:19
- 3 535
Deputatların tətili başa çatdı
Azərbaycan Milli Məclisinin (MM) deputatlarının tətil müddəti bu gün başa çatıb.
“Report”un xəbərinə görə, bu həftə parlamentin komitələri işə başlayacaq.
Fevralın 1-də isə Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçiriləcək. Yaz sessiyası mayın 31-dək davam edəcək.
Xatırladaq ki, parlamentin sonuncu plenar iclası ötən ilin dekabrın 29-da keçirilib.
AzNews.az