- Köhnə - Siyasət
- 15 Yanvar 2018 13:35
- 4 096
Lavrov İsrail ilə Fələstin arasında birbaşa dialoq şansını qiymətləndirdi
"İsrail və Fələstin arasında mövcud vəziyyətdə birbaşa dialoq imkanları sıfırdır".
AzNews.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.
Nazir Rusiyanın Xarici İşlər Nazirliyinin artıq Fələstin-İsrail münaqişəsinin həllinə səbəb olan təhlükə və risklər barədə, o cümlədən ölkənin səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi haqqında prezident Donald Trampın elan etdiyi vəziyyətə münasibət açıqladığını bildirib.
Onun sözlərinə görə, Moskva fələstinlilərin indi nə hisslər yaşadığını çox yaxşı başa düşür.