Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov Oskar mükafatlı film prodüsseri Harvi Vaynşteynin onlarla Hollivud aktrisasına qarşı cinsi təcavüz, hücum və ya zorlama törətdiyini bildirən iddialarla bağlı yazı paylaşıb. Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov Oskar mükafatlı film prodüsseri Harvi Vaynşteynin onlarla Hollivud aktrisasına qarşı cinsi təcavüz, hücum və ya zorlama törətdiyini bildirən iddialarla bağlı yazı paylaşıb.

Novruz Məmmədov qalmaqallı təcavüzdən yazdı

Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov Oskar mükafatlı film prodüsseri Harvi Vaynşteynin onlarla Hollivud aktrisasına qarşı cinsi təcavüz, hücum və ya zorlama törətdiyini bildirən iddialarla bağlı yazı paylaşıb.

AzNews.az xəbər verir ki, PA-nın şöbə müdiri bu barədə fikirlərini özünün “Facebook” səhifəsində bildirib.

“Nəhayət ki, Qərbdə son vaxtlar çox geniş yayılmış, siyasi, əxlaq və kriminal məsələyə çevrilmiş bu prosesə məşhur aktrisa Katrin Denev və bir sıra tanınmış şəxslər münasibət bildirdilər. Bu məsələnin birmənalı qarşılana bilməyəcəyini hamı başa düşür. Amma 20-25 il bundan əvvəl guya ki, baş vermiş hadisənin indi iddia edilməsinin məqsədlərini bir tərəfə qoyub bir suala ağlabatan cavab tapmaq maraqlı olardı. İnsan haqlarının və azadlıqlarının qorunduğu, tam təmin olunduğu dünyaya bəyan edilən ölkələrdə, necə olub ki, yüzlərlə tanınmış insanlar, hətta superulduzlar belə öz hüquqlarını o zaman, vaxtında müdafiə edə bilməmiş, və ya nə üçünsə etməmiş və hadisədən 20-30 il keçməsini gözləmişlər.

Maraqlıdır ki, kişilərlə bağlı oxşar proses də vüsət almağa başlayır. Məgər bütün bunlarla bağlı cəmiyyətə, heç olmasa, bir izahat verməyə ehtiyac yoxdurmu? Yoxsa, kim necə istəyir qəbul etsin, liberal-demokratik cəmiyyətdə nə istəsən edə bilərsən?”

Miramax və The Weinstein Company film şirkətlərinin yaradıcısı olan Oskar mükafatlı film prodüsseri Harvi Vaynşteynin onlarla Hollivud aktrisasına təcavüz etdiyi iddia edilir.