- Köhnə - Siyasət
- 18 Yanvar 2018 10:19
- 3 827
Krakovda Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib
Polşanın Krakov şəhərində Ermənistanın XİN rəhbəri Eduard Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.
AzNews.az xəbər verir ki, müzakirə zamanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi haqda danışılıb.
Görüşdə həmçinin, ATƏT-inin qüvvədə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşik də iştirak edib.
Bu gün Krakovda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.