- Köhnə - Siyasət
- 18 Yanvar 2018 19:15
- 5 107
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başa çatıb - Yenilənib
Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş başa çatıb.
AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Twitter” səhifəsində yazıb.
ATƏT-in Minsk qrupu həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də iştirak etdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə olunub.
***
Polşanın Krakov şəhərində Azərbaycanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyan arasında görüş başlayıb.
AzNews.az xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə edilir.
XİN başçıları danışıqlardan əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri - Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) ilə görüşüb.
Görüş həmsədrlərin təşəbbüsü ilə təşkil edilib.