Xəzərin statusuna dair işçi qrupunun iclası keçiriləcək

Fevral ayında Xəzərin statusuna dair işçi qrupunun iclası keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

X.Xələfov qeyd edib ki, razılaşdırılmış konvensiya layihəsinin ingilis dilində mətni və digər mətnlər üzrə texniki işləri başa çatdırılmalıdır: “Bununla bağlı işçi qrupunun iclası olacaq. İşçi qrupunun görüşü fevralda keçirilə bilər”.