- Köhnə - Siyasət
- 9 Mart 2013 09:15
- 1 292
Bu gün Səfər Əbiyevin evinin qarşısında aksiya olacaqmı?

Bakı şəhər İcra Hakimiyyəti "Ehtiyatda və İstefada olan Zabitlər" ictimai birliyinin martın 9-da Ədliyyə Nazirliyinin binası və Səfər Əbiyevin evi qarşısında hərbi qulluqçuların hüquqlarının bərpası ilə bağlı məhkəmə qərarlarının icra olunmamasına etiraz məqsədilə aksiya keçirilməsi ilə bağlı müraciətinə cavab verməyib
Aksiya bu gün saat 15.00-da Ədliyyə Nazirliyinin binası, saat 17.00-da isə Səfər Əbiyevin evi qarşısında keçirilməlidir.
"Ehtiyatda və İstefada olan Zabitlər" ictimai birliyinin sədri Yaşar Cəfərli "Turan"a bildirib ki, martın 8-i axşam saatlarınadək şəhər rəhbərliyindən cavab gəlməyib. Onun sözlərinə görə, əgər bu gün də cavab almasalar, aksiya keçirilməyəcək: "Biz razılaşdırılmamış aksiyaya getməyəcəyik. Qanunsuz hərəkətlərin əleyhinəyik. Çünki qanunsuzluqla mübarizə zamanı özümüz qanunları pozmamalıyıq".
Bununla belə, Yaşar Cəfərli deyib ki, əgər İcra Hakimiyyəti müraciəti ümumiyyəitlə cavabsız qoysa, təşkilat şəhər rəhbərliyini məhkəməyə verəcək. Yeni piketlərin keçirilməsi ilə bağlı müraciətlər də davam edəcək: "Biz mübarizəni dayandırmayacağıq"