Bu əməliyyatlar nəticəsində Suriya Azad Ordusu Afrinə bir qədər də yaxınlaşdı. Bu əməliyyatlar nəticəsində Suriya Azad Ordusu Afrinə bir qədər də yaxınlaşdı.

Afrində bir gün ərzində terrorçulardan 4 kənd azad edildi

Bu əməliyyatlar nəticəsində Suriya Azad Ordusu Afrinə bir qədər də yaxınlaşdı.

AzNews.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Şavariqxat ərazisində El-Caviz və Məlkiyə kəndləri və Cenderes ərazisindəki Kurt Farmez kəndi terrorçulardan təmizlənib.

Həmçinin Böyük Xalobu kəndini ələ keçirməklə Afrini su ilə təmin edən Aazaz su anbarını da nəzarət altına alıblar.

Beləliklə də Türk ordusu və Suriya Azad Ordusunun birgə apardığı "Zeytun budağı" əməliyyatının başlanğıcından bəri 125 kənd,31 strateji hündürlük və 162 obyekt ələ keçirmiş oldular.