Müsavat başqanının müavini: “İsa Qəmbər yenidən Lənkərana səfər edəcək” Müsavat başqanının müavini: “İsa Qəmbər yenidən Lənkərana səfər edəcək”

İsa Qəmbərin “Lənkəran inadı“ davam edir - üçüncü cəhd

Müsavat başqanının müavini: “İsa Qəmbər yenidən Lənkərana səfər edəcək”


"Lənkəran səfərimiz hakimiyyət üçün gözlənilməz olacaq". Bu açıqlamanı APA-ya Müsavat başqanının müavini Gülağa Aslanlı verib.

Onun sözlərinə görə, Müsavat başqanı İsa Qəmbər yenidən Lənkərana səfər edəcək. Hal-hazırda partiya daxilində bu barədə müzakirələr aparıldığını deyən G. Aslanlının sözlərinə görə, Lənkəran səfəri hakimiyyət üçün gözlənilməz olacaq: "Təbii ki, Lənkərana səfərin detalları ilə müzakirə olunmalıdır və hal-hazırda bizdə bu müzakirələr aparılır. İsa Qəmbərin Lənkərana, o cümlədən başqa bölgələrə də səfəri planlaşdırılır və bu səfərlər də hakimiyyət üçün gözlənilməz olacaq".

AzNews.az