"Azərbaycanın iqtisadi nailiyyətləri dünyanın aparıcı maliyyə institutlarının hesabatında əksini tapır". "Azərbaycanın iqtisadi nailiyyətləri dünyanın aparıcı maliyyə institutlarının hesabatında əksini tapır".

“Hələ 100 il əvvəl Azərbaycanda qadınlara səsvermə hüququ verilib” - Prezident

"Azərbaycanın iqtisadi nailiyyətləri dünyanın aparıcı maliyyə institutlarının hesabatında əksini tapır".

AzNews.az xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransında bildirib.

Prezident bildirib ki, bu nailiyyətlərə Azərbaycan özü nail olub: "Azərbaycan dünyada dinlərarası və mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilib, multikulturalizm ölkəmizdə dövlət siyasətidir. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Bu çərçivədə son illərdə Azərbaycanın bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edir, bundan sonra da ölkəmiz dünyada multikulturalizm dəyərlərinin təbliğində öz səylərini davam etdirəcək. Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin bu il 100 illiyi qeyd olunacaq və hələ 100 il əvvəl Azərbaycanda bir çox inkişaf etmiş ölkələrdən əvvəl qadınlara səsvermə hüququ verilib. Artıq Azərbaycanın sürətlə inkişaf edir, özünü təmin edən ölkəyə çevrilib, son 15 ildə ümumi daxili məhsulun 3,2 dəfə artıb, insan kapitalına sərmayələr qoyulub, savadlılıq səviyyəsi 100 faizə yaxınlaşır, son illərdə 3 mindən çox məktəb, 600-dən çox tibb müəssisəsi tikilib. Son 15 ildə işsizliyin və yoxsulluğun səviyyəsi kəskin şəkildə aşağı düşüb, iqtisadi uğurlarımız beynəlxalq maliyyə institutları tərəfindən qeyd edilib. Ölkəmiz regional inkişafda böyük rol oynayır, beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm qovşağına çevrilib, Cənub Qaz Dəhlizi kimi mühüm beynəlxalq layihənin təşəbbüskarı olmuşuq və 2015-ci ildə baş tutan birinci Avropa Oyunlarına, 2017-ci ildə Bakının ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişik. İki ildə bir şəhərdə həm Avropa, həm də İslam Oyunlarının keçirilməsi Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfədir. Bundan əlavə, Azərbaycan Qoşulmama Hərəkatının yeganə üzv ölkəsidir ki, “Ekspo 2025”ə namizədliyini irəli sürüb, bu isə nail olduqlarımızı nümayiş etdirmək üçün yaxşı imkandır".