- Köhnə - Siyasət
- 11 Aprel 2018 11:35
- 3 334
Litvadakı səfirliyimizdə prezident seçkiləri mütəşəkkil keçir
Aprelin 11-də yerli vaxtla saat 10.00-a olan məlumata görə, Azərbaycanın Litvadakı səfirliyində yaradılmış, 16 saylı Yasamal ikinci seçki dairəsinin 38 saylı seçki məntəqəsində seçicilərin 16 faizi (18 nəfər) səs verib.
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, Litvada yaşayan və işləyən Azərbaycan vətəndaşlarının sərbəst səs verməsi üçün hər cür şərait yaradılıb.
AzNews.az