- Köhnə - Siyasət
- 12 Aprel 2018 10:46
- 3 756
“Seçki prosesi açıq və şəffaf keçdi” - Portuqaliya müşahidə missiyasının rəhbəri
Azərbaycanda prezident seçkiləri pozuntusuz və qanunvericiliyə uyğun, demokratiya və ədalətli seçki prinsiplərinə əməl olunmaqla keçirildi.
Trend-in məlumatına görə, bunu mətbuat konfransında Portuqaliya müşahidə missiyasının rəhbəri Mario Deyvid deyib.
O bildirib ki, bütün namizədlərə öz fikirlərinin seçicilərə çatdırılması üçün zəruri şərtlər yaradılmışdı:
“Seçki prosesi açıq və şəffaf keçdi. Seçicilərin fəallığı 74,51 faiz təşkil etdi. Bu isə xalqın öz fikrini bildirmək və seçim etmək arzusunu əks etdirir”.
Mərkəzi Seçki Komissiyası tərəfindən tətbiq olunmuş müsbət praktikadan danışan M.Deyvid seçki günü ərzində keçirilən rəy sorğularını qeyd edib.
AzNews.az