Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İngiltərənin Baş naziri Tereza May arasında telefon danışığı olub. Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İngiltərənin Baş naziri Tereza May arasında telefon danışığı olub.

Ərdoğanla Mey telefonla danışdı - Suriyadakı son vəziyyətlə bağlı

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İngiltərənin Baş naziri Tereza May arasında telefon danışığı olub.

AzNews.az xəbər verir ki, rəsmi mənbələrdən əldə edilən məlumata görə, telefon danışığı zamanı Suriyadakı son vəziyyət müzakirə edilib.

İngiltərə Baş naziri Meyin Suriya rejiminə qarşı təşkil etdikləri əməliyyat haqqında məlumat verməsi zamanı prezident Ərdoğan da Türkiyənin kimyəvi silahlardan istifadənin həmişə əleyhinə olduğuna diqqəti çəkib.

Prezident Ərdoğan Suriya rejiminin kimyəvi və konvensional silah baxımından zülmünün sona çatması və Suriya xalqının davamlı sülh, eləc də əmin-amanlıq içində olması üçün yeganə yolun siyasi həll olduğunu bildirib.

Telefon danışığı zamanı prezident Ərdoğan bölgədə gərginliyin daha da yüksəlməməsinin əhəmiyyətini vurğulayıb.